"Boy artıran" dərmanların gizli təhlükəsi: "Bu genetik bir məsələdir"

media-hightechnic-468x90

Son dövrlər boy artımını sürətləndirdiyi iddia olunan müxtəlif dərmanlar, vitaminlər və hormonal preparatlar cəmiyyətdə geniş müzakirə olunur. Mütəxəssislər isə bu cür vasitələrin nəzarətsiz istifadəsinin ciddi fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, insanın boyu əsasən genetik amillərlə müəyyən olunur və sonradan buna təsir imkanları çox məhduddur:

media-download-15

“Bu genetik bir məsələdir. Əslində insanın boyu genetik olaraq müəyyən edilir. Müəyyən vitaminlərin istifadəsi, idman və digər amillər boy artımına müəyyən qədər stimul verə bilər. Amma istənilən halda təcrübə göstərir ki, bu, genetik məsələdir”.

Professorun sözlərinə görə, boy artımını süni şəkildə stimullaşdırmaq məqsədilə bəzən boy hormonundan istifadə olunur. Lakin bu hormonun qəbulu olduqca təhlükəli ola bilər və yalnız həkim nəzarəti altında, tibbi göstərişlə mümkün ola bilər.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa