Diqqət! Facebook hesabınız oğurlana bilər

media-hightechnic-468x90

85916Facebook istifadəçilərinin şəxsi məlumatları təhlükədədir.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Eqor Homakov adlı haker facebook istifadəçilərinin məlumatlarını əldə edə bilən proqram hazırladığını bildirib. “Sakurity” şirkətinin əməkdaşı olan həmin şəxs bu yaxınlarda öz bloqunda proqramı istifadə üçün təqdim edib.

O bildirilib ki, həmin proqram istifadəçilərin səhifələrinin “URL”lərini kopyalayır və növbəti dəfə istifadəçi həmin saxta “URL”lərdən öz facebook hesabına daxil olanda hakerlər istifadəçinin şəxsi məlumatlarını görə bilirlər.

Homakov bildirib ki, sosial şəbəkə administrasiyası artıq 1 ildir ki, facebookda məxfilik tənzimləmələrindəki boşluğu aradan qaldırmayıb. Bu da hakerlərə şəxsi məlumatları əldə etməyə imkan verir. Eqor Homakov onu da deyib ki, həmin proqram şifrə ilə qorunan bir çox internet saytlarda tətbiq edilə bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600