Dizayn Lift MMC, yerli lift sahəsində 10 ildən artıq təcrübəyə malik olan və bazarda özünəməxsus mövqeyi olan bir şirkətdir. Bu müddət ərzində premium xidmət göstərmə, təhlükəsizliyin təmin edilməsi, innovasiyaların tətbiqi və əməkdaşlar üçün imkanların yaradılması prinsipləri ilə tanınan Dizayn Lift MMC, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasına (ATMİA) üzv olmaqla fəaliyyətini daha da genişləndirir.
Dizayn Lift MMC, sərnişin, panoramlı, yük, inşaat platformaları, mətbəx, xəstəxana, qaraj liftləri, eskalatorlar və digər şaquli nəqliyyat avadanlıqlarının satışı, təchizatı, təmiri və texniki xidmətini həyata keçirir. Şirkət Türkiyə, Çin, Koreya və Almaniya istehsalı olan liftlərin quraşdırılması və texniki xidmətində geniş təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislərlə əməkdaşlıq edir.
Şirkət, Koreya istehsalı olan SİNO HUNDAİ liftlərinin və digər qurğularının rəsmi distributorudur. Bununla yanaşı, Dizayn Lift MMC Çində və Almaniyada istehsal olunan SURAPİD, KOYO, SJEC, KÖHLER liftlərinin də nümayəndəsidir. Quraşdırdığı liftlərə zəmanət verən şirkət, avadanlıqların texniki xidmətini də yüksək səviyyədə həyata keçirir və müştərilərinin suallarına operativ cavab verir.
ATMİA üzvlüyü sayəsində, Dizayn Lift MMC-nin digər tikinti materialları istehsalçıları ilə əməkdaşlıq imkanları daha da genişlənəcək, innovativ layihələrdə və tədbirlərdə iştirakı təmin ediləcək. Bu, şirkətin fəaliyyətinin daha da möhkəmlənməsinə və müştərilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətinin artırılmasına zəmin yaradacaq.
Qeyd edək ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) ölkədə tikinti materialları istehsalçılarının fəaliyyətlərini dəstəkləmək, innovativ layihələrə dəstək vermək və bu sahədəki əməkdaşlığı gücləndirmək məqsədi ilə yaradılmış bir təşkilatdır. ATMİA, yerli və beynəlxalq bazarlarda tikinti materiallarının keyfiyyətinin artırılmasına, yeni texnologiyaların tətbiqinə və sektorun inkişafına töhfə verir.ATMİA 2017-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan etibarən hüquqi şəxs statusunu alıb. Hal-hazırda Azərbaycanın beş yüzə yaxın aparıcı tikinti şirkətləri və tikinti materialları istehsalçıları ATMİA-nın üzvüdür.
.Dizayn Lift MMC-nin ATMİA üzvü olması, şirkətin gələcək inkişaf planlarını daha da gücləndirəcək və müştərilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artıracaq.
www.yenicag.az