Doğu Perincek azadlıqda!
Türkiyədə 2007-ci ildən başlayaraq davam edən və 400 tanınmış türk insanının həbsi ilə nəticələnən “Ergenekon” işində şok gəlişmələr var.
Türkiyədə 2007-ci ildən başlayaraq davam edən və 400 tanınmış türk insanının həbsi ilə nəticələnən “Ergenekon” işində şok gəlişmələr var. Bu gün “Ergenekon” məhbuslarının bir çoxu təhliyyə edilib. Azadlığa buraxılan məhbuslar arasında Azərbaycanda tanınan və ölkəmizlə əlaqəsi olanlar da var.
“Ergenekon” adlı təşkilatın rəhbəri olmaqda və müxtəlif cinayətlərdə suçlanaraq cəza evində illərlə saxlananlardan biri də Azərbaycan əsilli general Vəli Küçükdür. Türkiyədə son qanun dəyişikliklərindən yararlanaraq, məhkəməyə azadlığa buraxılması üçün ərizə verən general Vəli Küçükə digər məhkumlardan fərqli olaraq yox cavabı verilib. Onunla bərabər analoji ərizə verənlərdən Doğu Perincek isə azadlığa buraxılıb.
Qeyd edək ki, Doğu Perincək Türkiyə siyasi arenasında tanınmış və idealist fiqur kimi tanınır. Azadlıqda olduğu vaxt Avropa İnsan Haqları Məhkəməsi İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar etdiyi üçün bu ölkə məhkəməsi tərəfindən cəzalandırılan (cərimələnən) Türkiyə İşçi Partiyasının (İP) sədri Doğu Perinçəkin İsveçrə əleyhinə şikayətini haqlı sayıb. Doğu Perinçək 2007-ci ildə İsveçrədə toplantılarda “erməni soyqırımı”nın baş vermədiyini və ermənilərin bu yalandan Türkiyə əleyhinə istifadə etdiyini söylədikdən sonra İsveçrədəki ermənilərin şikayəti əsasında bu ölkədə məsuliyyətə cəlb olunub və cərimələnib.
Əvvəlcə İsveçrə hüquq sistemi daxilində bu qərara etiraz edən Perinçək son apellyasiya instansiyasının qərarından sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək İsveçrənin Avropa İnsan Haqları Konvensiyasının fikir azadlığı ilə bağlı 10-cu və qanuni əsas olmadan ittiham irəli sürülməyəcəyinə dair 7-ci maddəsini pozduğunu bildirib. Məhkəmə şikayəti qəbul edərək İsveçrədən müdafiə tələb edib, eyni zamanda Türkiyə hökumətinin də bu məsələyə münasibətini soruşub. Yekunda Perinçəkin şikayəti əsaslı sayılıb.
Gözlənilir ki, davam edən saatlarda və irəliləyən günlərdə digər “Ergenekon” məhbusları da azadlığa buraxılacaqlar.