Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Doğum günündə Rasim Balayevin ƏN BÖYÜK ARZUSU: "O hədiyyəni Allahdan istəyirəm"

“Allahdan ən böyük hədiyyəm cansağlığı olardı və özümə bunu arzulayıram”.

Bunu bu gün doğum gününü qeyd edən tanınmış aktyor, Xalq artisti Rasim Balayev təəssüratlarını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Aktyor doğum gününü ailə daxilində qeyd edir:

“Nə təmtəraq, nə ad günü qeyd etmək. Ailəliklə yığışmışıq, bu qədər . Xəstəliyə görə hərə bir yerdə qaçıb gizlənib, görüşmək mümkün deyil. Əhvalıma gəlincə, qocalığa doğru gedirəm, hansı əhvaldan danışmaq olar ki… Allah verən ömürdür, yaşayırıq”.

Rasim Balayev bir insan kimi daha çox xoşbəxtdir, yoxsa aktyor kimi?

Xalq artistinin cavabı belə oldu:

“Bütün ömrü xoşbəxt yaşamaq olmur, həyatımda xoşbəxt anlarım olub. Həyatımda gözəl dövrlər oldu, filmlərə çəkildim, tanındım, insanlar sevdi, ürəklərində mənə yer ayırdı, bundan böyük xoşbəxtlik nə ola bilər?”

Ən çox sevdiyi hədiyyəyə gəlincə, aktyor onu Allahdan gözlədiyini bildirdi:

“Ən böyük hədiyyəni Allahdan istəyirəm, o da cansağlığıdır və doğum günümdə də özümə bunu arzulayıram”.

Cəvahir

www.yenicag.az

345
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100