Doğuş zamanı həkim telefonunu qadının qarnında unutdu

media-hightechnic-468x90

90775İordaniyada doğum zamanı maraqlı bir hadisə baş verib. Ananın qarınında cib telefonu qalıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, İordaniyanın paytaxtı Əmmanda baş verən hadisə insanları şoka salıb. Qeysəriyyə əməliyyatı zamanı həkim mobil telefonunu doğan qadının qarnında unudub.

4,8 kiloqramlıq körpə dünyaya gətirən qadın bədbəxt hadisədən xəbərsiz evinə qayıdıb. Bir müddət sonra qadının qarınındakı telefona zəng gəlməsilə faktın üstü açılıb. Telefonun işlək vəziyyətdə qadının qarnında qalması sancıların yaranmasına səbəb olub.

Şəhərdəki bir dövlət xəstəxanasına aparılan qadın rentgenə düşüb. Məlum olub ki, yenicə kürpə dünyaya gətirən ananın qarnında 7 santimetrlik bir cisim var. Dərhal əməliyyata alınan qadının qarnından cib telefonu çıxarılıb.

Qalmaqalı ölkə parlamentinə çıxaran bir vəkil hökumətin istefasını tələb edib. İordaniyalı millət vəkili Salim Al Bataynah 21-ci əsrdə belə bir səhvin qəbul edilə bilməz olduğunu diqqətə çatdırıb.

İordaniya Səhiyyə Nazirliyi isə belə bir hadisədən xəbərsiz olduqlarını açıqlayıb. Nazirlik hadisənin araşdırılacağına söz verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600