Dollar bahalaşıb

media-hightechnic-468x90

3eBakıdakı valyuta dəyişmə məntəqələrində ABŞ dollarının bahalaşması hiss olunur.

Ötən həftə ilə müqayisədə Amerika valyutasının məzənnəsində 0,0005-0,001 manat fərq var.

Belə ki, 1 həftə bundan əvvəl 1 ABŞ dollarının alış və satış qiyməti 0,7835-0,7840 manat civarında dəyişirdisə, hazırda qiymət dəhlizi 0,784-0,785 manat təşkil edir.

Valyuta bazarının iştirakçıları bahalaşmanı dollara tələbatın artması ilə izah edir.

Mərkəzi Bankın müəyyən etdiyi məzənnələrdə isə ciddi dəşiliklik yoxdur. Əksinə, ötən həftənin əvvəli ilə müqayisədə 1 ABŞ dollarının dəyəri 0,7844 manatdan 0,7843 manata qədər azalıb.

Azərbaycan qanunvericiliyinə görə, ölkə daxilində xarici valyutalarının pərakəndə alış və satış qiymətləri rəsmi məzənnə ilə müqayisədə 2%-dən və 2%-dən çox ola bilməz.

bakupost.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600