Dönərxanada yanğın – Bakıda

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 20 m² olan dönərxanada tavan 5 m² sahədə və 1 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, dönərxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.