Putin və Zelenskiyə mümkün sui-qəsd: "Bu, Amerikanın mövzuya münasibətindən asılıdır"

media-hightechnic-468x90

“Müharibə davam etdiyi müddətdə Zelenski və Putinin bir-birini öldürməyə haqqı var”.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenskini onu öldürməkdə günahlandırmasını şərh edərkənYenicag.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib bildirib. media-fuad-abbasov

F. Abbasov qeyd edib ki, müharibə zamanı öz ölkəsini işğal edən ölkənin prezidentini öldürmək istəməsi Zelenskinin legitim haqqıdır:

“Zelenski bu hüquqdan istifadə edə bilər. Putin Rusiyanın bütün hərbi birləşmələrinin Ali Baş Komandanı sayılır. Bu prezidenti yox etməklə Ukrayna qələbə qazanacağını düşünür. Eyni formada Rusiya da Ukrayna prezidentini yox etməklə qələbəyə ümid edir. Burda kimin doğru, kimin yanlış olduğu Amerikanın məsələyə münasibətindən asılıdır. Amerikanın orbitdəki peykləri çox şeyi görə bilər. Müasir texnologiya nəinki peyklərin, hətta internet vasitəsilə xəbərləşmə cihazları üzərindən fəaliyyəti izləyə bilirlər. Gəlin anlamağa çalışaq ki, peyklər insan düşüncəsini, insanın beynindəki niyyətini oxumur. Peyklər baş verənləri fakt üzrə qeydiyyata alır. Kimin kimi öldürmək niyyəti olduğunu, kimin hansı PUA-nı hansı niyyətlə uçurduğunu və hara göndərildiyini peyk təyin edə bilmir. Putin Ukraynaya qarşı apardığı müharibədə legitimlik qazanmaq, ABŞ tərəfindən dəstək almaq üçün seçki kampaniyasında sui-qəsd ilə üz-üzə qalmış Trampın hissləri ilə oynayaraq “mən də sizin kimi sui-qəsdlə üzləşdim. Gəlin hər ikimiz bunu həyata keçirməyə çalışan qüvvələrlə mübarizə aparaq” mesajını verir”.

Politoloq qeyd edib ki, əgər Putinə qarşı sui-qəsdə cəhd edilibsə, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti də edə bilər:

“Kreml üzərinə PUA də göndərilə bilər, bu PUA vurulub düşürülə də bilər. Rusiya o PUA-nın görüntülərini yayıb Ukraynanın planını sübut edə bilər. Olubsa belə, o PUA-nın kim tərəfindən göndərildiyi, nə ilə idarə olunması, hansı niyyətlə Kremlə gəldiyini biz bilmirik. Böyük ehtimalla, dəfələrlə təxribat xarakterli fəaliyyət törətmiş Rusiya Federal Təhlükəsizlik Xidmətinin də əməliyyatı ola bilər. Yaxın keçmişə nəzər salsaq, İkinci Çeçen müharibəsinin başlanması üçün Federal Təhlükəsizlik Xidməti başda Moskva olmaqla, Rusiyanın bir çox şəhərlərində terror aktı törətmişdi. İnsanların yaşadığı binaları gecə ikən partlatdı, bunu isə çeçen savaşçılarının üstünə yıxıb müharibə başlatdı. Nəticə etibarilə savaşın qəhrəmanı sayılan Putin prezident seçildi”.

F. Abbasov deyib ki, belə bir sui-qəsd planından Amerika öz mənfəəti istiqamətində istifadə edəcək:

“Bu bir tarixdir, amma qeyd etdiyim kimi, Putinin və ya Zelenskinin bir-birini öldürmə cəhdi Amerikanın bu mövzuya münasibətindən asılıdır. Amerika isə bunu öz mənfəətləri üçün istifadə edəcək. Ona görə ki Tramp hər zaman “Amerika prioritetdir” şüarı ilə hərəkət edir. Əgər Trampın Putini əzmək, ona təsir göstərmək arzusu olsa, Zelenskini dəstəkləyəcək, əks təqdirdə, Zelenskiyə təzyiq göstərmək istəsə, Putini müdafiə edəcək və Zelenskini Putini öldürmək istəməkdə ittiham edəcək. İndi isə bu məsələni zamana buraxaq, görək Tramp administrasiyası nə cavab verəcək, daha sonra fikirlərimizi tamamlayarıq”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa