Dörd avtomobil qadını əzdi
Çində qan donduran hadisə baş verib.
Yeni Çağ.Az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,bir sürücü yoldan keçən yaşlı qadını vuraraq qaçıb.Yol ortasında yıxılıb qalan yaşlı qadını daha 3 avtomobil əzərək hadisə yerindən uzaqlaşıb.
Çinin Zheijang əyalətində baş verən hadisənin üstü qadının ailə üzvlərinin polisə müraciətindən sonra açılıb.
Qadının cəsədini tapan polislər olay yerinə baxış zamanı dəhşətli görüntülərlə üzləşiblər.
Beləki, 4 avtomobilin qadını ezerek keçdiyi və en az 20 avtomobilin isə cəsədin yanından heç bir müdaxilə etmədən ötdüyü məlum olub.
Bu qorxunc hadisə ağıllarda belə bir sualın yaranmasına səbəb olub “Çində insanlıq öldümü?”