Dördüncü mərtəbədən yıxılan körpə sağ qaldı

media-hightechnic-468x90

Moskvada yoldan keçənlər Selskoxozaystvennaya küçəsindəki yaşayış binasının yaxınlığında bir yaşlı uşaq aşkar ediblər.

Yenicag.az oxu.az-a istinadən bildirir ki, yerli prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, uşaq həkimlərə təhvil verilib.

Məlumata görə, körpədə heç bir bədən xəsarəti qeydə alınmayıb. O, həkimlər tərəfindən müayinə olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağı küçəyə atan şəxsin kimliyini araşdırıblar.

Məlum olub ki, körpə anası ilə binanın dördüncü mərtəbəsindəki mənzildə yaşayır. 24 yaşlı ana yuxuya gedərkən, baxımsız qalan balaca pəncərədən yerə yıxılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600