!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Departamenti: İdlibdəki insident ABŞ-Rusiya münasibətlərinə təsir edəcək

!Reklam – Yazi

Suriyanın İdlib şəhərindəki kimyəvi silahla bağlı insident ABŞ-Rusiya münasibətlərinə təsir edəcək.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

“Suriyada bu yaxınlarda baş verən insident münasibətlərə təsir edəcək. Həmçinin, Rusiyanın hadisələrə reaksiyası da bizim mövqeyə təsir edəcək”, – deyə məmur bildirib.

Xatırladaq ki, Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində 80 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib. SMİQMK kimyəvi silahdan istifadə etməkdə Suriya ordusunu ittiham edib. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları və onların havadarlarını kimyəvi silahdan istifadə etməkdə günahlandırıb.

Yeniçağ.Az

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv