!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı həbs edildi

!Reklam – Yazi

Bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb.

Yenicag.az Ölkə.Az-a istinadən xəbər verir ki, hazırda Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdir ki, DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb. Araşırmalarımız zamanı məlum olub ki, Gürcüstan Respublikasından olan Rəhim Həsənov tez-tez şəxsi işləri ilə əlaqədar olaraq vətəninə gedib-gəlib.

Baş vermiş faktla əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) mövqeyini öyrənmək mümkün olmadı.

COP29

www.yenicag.az

2482
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv