Dövlət Komitəsi məsələyə aydınlıq gətirdi

media-hightechnic-468x90

96e0ca129aaaf4cc9073be15fb0bf90dDövlət Gömrük Komitəsi (DGK) Azərbaycana gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılmasına aydınlıq gətirib.

Yenicag apa-ya istinadən bildirir ki, DGK sədrinin birinci müavini Səfər Mehdiyev bildirib ki, Azərbaycanın gömrük orqanları mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı ciddi araşdırmalar aparır.
“Hazırda bu barədə danışmaq tezdir. Amma qeyd edilməlidir ki, xüsusilə poçt göndərişləri vasitəsi ilə eyni adda eyni aylarda və müxtəlif dövrlərdə müntəzəm olaraq mobil telefonların ölkəyə gətirilməsi nəticəsində vergidən yayınma faktları aşkar edilir. Bir ay ərzində ölkəyə 8 minə qədər bu cür telefon gətirilib. Bu da təbii ki, ölkənin vergitutma bazası olan gömrük orqanları qarşısında əsas məsələlərdən biridir ki, elektron ticarət vergidən azad olunmayıb. Elektron ticarət də vergiyə cəlb olunmalıdır. Sadəcə bu istiqamətdə müəyyən zamanlar ərzində araşdırmalar aparılır”, – deyə S. Mehdiyev bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600