Dövlət Proqramı çərçivəsində 37 nəfər xaricdə doktorantura təhsili alacaq

media-hightechnic-468x90

2023-cü il ərzində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair ilk sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.

Elm və Təhsil Nazirliyindən Yenicag.az-a bildirilib ki, yekun nəticələrə əsasən, ümumilikdə 37 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub.

Təqaüd qazanan gənclər sırasında 2 nəfər Strasburq Universiteti, 1 nəfər Kembric Universiteti, 2 nəfər Monpelye Universiteti, 1 nəfər Liverpul Universiteti, 1 nəfər Vaterloo Universiteti, 1 nəfər isə Georgia Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub.

Qeyd edək ki, 2023-cü il ərzində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə ikinci sənəd qəbuluna müraciət haqqında ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600