Dövlət siyasətində DİNİ DÖZÜMLÜLÜK: “Bu məsələdə Özbəkistanla Azərbaycanın yanaşmaları çox oxşardır”

media-hightechnic-468x90

 

“Dini dözümlülük və millətlərarası həmrəylik siyasəti həm Özbəkistanın, həm də Azərbaycanın dövlət siyasətinin əsas sütunlarından biridir. Bu baxımdan, hər iki ölkə müəyyən mənada bir-birinə çox bənzəyir və paralel şəkildə inkişaf etmişdir”.

Bunu Yenicag.az-a açıqlamasında özbəkistanlı politoloq Rafael Sattarov deyib.

media-img_5354
O, dini dözümlülük və millətlərarası həmrəylik ilə bağlı fikirlərini bölüşüb.

“Bu məsələdə Özbəkistanla Azərbaycanın yanaşmaları doğrudan da çox oxşardır, lakin hər birinin özünəməxsus xüsusiyyətləri də var. Mədəni irsin qorunması, vicdan azadlığı, müxtəlif dini icmalara məxsus qəbiristanlıqlara qayğı göstərilməsi – bütün bunlar hər iki ölkənin dövlət siyasətinin tərkib hissəsidir. Məsələn, Özbəkistandakı Buxara yəhudiləri və ya Azərbaycandakı dağ yəhudiləri icmaları bu siyasətin bariz nümunələridir”.

R. Sattarov xatırladıb ki, SSRİ dağıldıqdan sonra Özbəkistanda Buxara yəhudilərinin yalnız kiçik bir hissəsi qaldı, lakin onların qədim qəbiristanlıqları, mədəni və dini obyektləri bu günədək qorunub saxlanılıb:

“Bu obyektlərə dövlət büdcəsi hesabına qulluq göstərilir. Eyni münasibət rus, erməni, koreyalı və digər icmalara da şamil olunur. Özbəkistanda millətlərarası siyasət sahəsində tam harmoniya hökm sürür demək bir qədər şişirtmə olardı. Bəzi etnik və dini azlıqlar arasında müəyyən narazılıqlar mövcuddur. Bununla belə, rəsmi dövlət siyasəti əsas rol oynayır ki, bu da millətlərarası münaqişələrin və həyatın müxtəlif sahələrində diskriminasiyanın qarşısını almağa yönəlib”.

Həmsöhbətimiz əlavə edib ki, əvvəllər, dövlətin dünyəvi xarakter daşıdığı bəyan edilsə də, Özbəkistanda Azərbaycandan fərqli olaraq, dünyəvi sistemin prinsipi Konstitusiyada açıq şəkildə əks olunmurdu:

“Lakin 2023-cü ildə qəbul edilən dəyişikliklərdən sonra Özbəkistan da Azərbaycan kimi dünyəvi inkişaf modelinə sadiqliyini rəsmi şəkildə təsbit etmiş oldu”.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600