Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib.
Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qeyd olunmuş Fərmanla Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin yeni siyahısı təsdiq edilib.
Eyni zamanda, son dəyişikliklərlə Dövlət Vergi Xidmətinin Vəzifəli Şəxslərinin Geyim Formalarının yeni tələbləri müəyyən edilib. Dəyişikliklər əsasən aksessuarların rəngini, tanınma nişanlarının təsvirini əhatə edib.