!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSMF-nin bu şöbəsində pozuntular qeydə alındı

!Reklam – Yazi

Hesablama Palatasının Kollegiya iclasında 1 yanvar 2017-ci ildən 1 oktyabr 2018-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri müzakirə edilib.

Yenicag.az-ın məlumata görə, müzakirə zamanı auditi həyata keçirmiş qrupun məlumatı dinlənilib və fəaliyyət istiqaməti üzrə müvafiq auditorun hesabatı təsdiq edilib.

Təqdim edilmiş məlumatlara əsasən, Gədəbəy rayonu üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tərtibində əsaslı yanaşma tətbiq edilməyib, təsdiq olunmuş proqnozlar aşağı səviyyədə icra edilib.

Pensiya təyinatının aparılması və ödənilməsi üzrə bir sıra hallarda ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılarkən əmək qabiliyyətsiz ailə üzvlərinə pensiya təyin olunub-olunmaması, qulluq göstərilmə ilə əlaqədar staj müəyyən olunarkən qulluq göstərilənin qulluğa ehtiyacının olub-olmaması, faktiki qulluq göstərilməsi halları, eləcə də güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan, həmçinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödənilmədən pensiya təyinatı aparılıb, bir sıra hallarda dövlət qulluqçularının pensiya hesablanması üçün dövlət məvacibi düzgün hesablanmayıb.

Bundan əlavə, vəfat etmiş şəxslər barədə məlumatlar tam əldə edilməyib, bir sıra hallarda vəfat etmiş pensiyaçılara vəfat tarixindən sonra da pensiya ödənişləri həyata keçirilərək artıq ödənişlərə yol verilib, eyni uşağa görə hər iki valideynin pensiyasının üzərinə, habelə sosial müavinət alan uşağa görə də əlavələr hesablanıb, yaşa görə pensiyaya keçməsinə baxmayaraq, əlilliyə görə əvvəlki pensiya ödənişi bir müddət davam etdirilib.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə təyin edilmiş ünvanlı dövlət sosial yardımı işləri üzrə ailələrin maddi-məişət şəraitinin qiymətləndirilməsi məqsədi ilə auditin gedişində rayonun yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə seçmə qaydada monitorinqlər təşkil edilib, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından, yardımçı təsərrüfatdan gəlirlərin nəzərə alınmaması, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi, ailənin ərizə-bəyannamədə göstərilən ünvanda yaşamaması və ya göstərilən ünvanların mövcud olmadığı, eləcə də qeyd edilən ünvanda digər ailənin yaşaması kimi nöqsanlara rast gəlinib.

Hesablama Palatasının Kollegiyası DSMF-nin Gədəbəy rayon şöbəsinin yol verdiyi nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Nazirliyə və DSMF-nin Gədəbəy rayon şöbəsinə Kollegiya qərarının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib./Report/

www.yenicag.az

6415
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv