DSMF-nin daha bir xidməti elektronlaşdırıldı

media-hightechnic-468x90

dsdmf“Elektron hökumət” portalına yeni elektron xidmət inteqrasiya olunub.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidməti portal üzərindən istifadəyə verilib.

Bu xidmət vasitəsilə dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün DSMF-nin departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon şöbələrinə müraciət edilir.

Fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan interaktiv növlü e-xidmət ödənişsiz həyata keçirilir.

Sözügedən elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 421-ə, DSMF-nin portaldakı xidmətlərinin sayı isə 13-ə çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600