Taekvondoçularımız Qazaxıstanda beynəlxalq çempionatda 3 medal qazandılar - FOTO

media-hightechnic-468x90

Azərbaycan taekvondoçuları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatında 3 medal qazanıblar.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri – Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.

Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatında (22-23 iyun) iştirak edirlər, həmçinin “Kazakhstan Open” (25-27 iyun) beynəlxalq turnirinə də qatılacaqlar.

Komandalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05