Vens: "ABŞ və İran Hörmüz boğazının açıq qalmasını təmin edəcək yol tapıblar"

media-hightechnic-468x90

Amerikanın vitse-prezidenti Cey Di Vens hesab edir ki, ABŞ və İran Hörmüz boğazının açıq qalmasını təmin edəcək mexanizm tapıblar.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Vens İran nümayəndə heyəti ilə Byurgenştokda aparılan danışıqlardan sonra jurnalistlərə bildirib.

“Biz elə bir mexanizm yaratdıq ki, bu, təkcə Hörmüz boğazının açıq olmasını deyil, həm də açıq qalacağını təmin edir”, – deyə  o bildirib. Vens xatırladıb ki, Hörmüz boğazından artıq təxminən 15 milyon barrel neft daşınıb. Onun fikrincə, bundan sonra dünya bazarlarında yanacaq qiymətləri yalnız aşağı düşəcək.

“İkincisi, biz regional atəşkəsi təmin etmək, qaçılmaz münaqişələri nəzarətdə saxlamaq üçün düzgün mexanizm təsis etdik. <…> Biz müttəfiqlərlə – israillilərdən tutmuş [Fars] körfəzindəki ərəblərə qədər – əməkdaşlıq edirik ki, [atəşkəsin] qorunmasına zəmanət verək. Bizim bu məsələlərin gedişatı ilə bağlı çox-çox yaxşı hissimiz var”, – deyə vitse-prezident vurğulayıb.

Onun baxışına görə, hazırda ABŞ və İranın təmasları sayəsində “həqiqətən transformasiya olunmuş Yaxın Şərqin əsasları” faktiki olaraq qoyulur.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05