Karol Navrotski sabah Türkiyəyə rəsmi səfər edəcək

media-hightechnic-468x90

Polşa Prezidenti Karol Navrotski 23-24 iyunda Türkiyəyə rəsmi səfər edəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin “X” sosial şəbəkə hesabında paylaşılıb.

“Polşa Prezidenti Karol Navrotski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə23-24 iyun 2026-cı il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək”, – paylaşımda bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Polşa arasında münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər haqqında fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05