Xəbər verdiyimiz kimi, DTX-nin əməliyyatı nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb.
E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.
Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyinatla bağlı ötən ili sentyabrında sərəncam imzalayıb. Sərəncama əsasən, bu posta Elnur Əli oğlu Əliyev gətirilib.
Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançester Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.
E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət nümayəndəsi kimi çalışıb.
E.Əliyev ötən ilin 12 avqustunda Mədəniyyət naziri Anar Kərimovun əmri ilə mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyinat almışdı.
Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birində Elnur Əliyevlə ailə dostu arasında mübahisə olub. Gərginləşən mübahisə sonradan dava ilə nəticələnib.
Bununla bağlı tədbir iştirakçılarından biri məlumat verib. Onun dediyinə görə, dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş verib. Hansı ki, Elnur Əliyevin ailəvi dost olduğu şəxs sevgilisini tədbirdə görən kimi mübahisəyə başlayıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.
Məsələyə polis müdaxilə edib və iş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırılıb.
Qeyd edək ki, nazir müavininin sevgilisi olan həmin xanım vaxtı ilə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Mədəniyyət naziri Anar Kərimov müavininin həmin xanımla qeyri-rəsmi münasibətdə olduğunu öyrənəndən sonra xanımı vəzifəsindən azad edib. Hazırda həmin xanım başqa bir dövlət qurumunda çalışır.
www.yenicag.az