Dubayda ən bahalı “Bentley” TƏQDİM EDİLDİ – FOTO
“Bentley” markasının yeni modeli olan “Batur Convertible”ın dünya premyerası Dubayın Bab Əl-Şəms şəhərində eksklüziv tədbir çərçivəsində baş tutub.
Yenicag.az xəbər verir ki, bu barədə Korrespondent.net məlumat yayıb.
Məlumata görə, hər bir “Batur Convertible” avtomobilinin dəyəri təxminən 2,5 milyon dollar təşkil edir.
Yeni model 750 at gücü və 1000 Nm fırlanma anı təmin edən suqəbuledici sistemi təkmilləşdirilmiş 6,0 litrlik W12 mühərriki, eləcə də yenilənmiş turbinlər və interkolerlərlə təchiz olunub.
Şirkət bildirir ki, bu, W12 mühərrikinin ən güclü versiyasıdır və avtomobil 330 km/saatdan artıq sürət yığa bilir. Eyni zamanda, model müasir ekoloji standartlara cavab vermədiyi üçün kütləvi istehsaldan çıxarılır. Bu səbəbdən W12 mühərriki ilə sonuncu model olacaq.
Qeyd edək ki, avtomobilin interyeri yüksək keyfiyyətli dəri ilə işlənib. Yalnız 16 ədəd istehsal olunacaq “Batur Convertible”ın hər biri əl ilə hazırlanacaq.