Dünya bazarlarında qızılın qiyməti 4 min dollardan aşağı enib
Yenicag.az xəbər verir ki, noyabrın 1-də qızıl və gümüşün qiyməti dünya bazarlarında ucuzlaşıb.
Comex birjasında qızılın (Gold Futures) bir unsiyası 19,40 ABŞ dolları və ya 0,48% azalaraq 3 996,50 ABŞ dollarına, spot qızılın (Gold Spot) qiyməti isə 21,62 ABŞ dolları və ya 0,54% azalaraq 4 002,92 ABŞ dollarına enib.
Məlumata görə, qiymətlərin azalmasına ABŞ dollarının möhkəmlənməsi və investorların riskli aktivlərə meylinin artması səbəb olub.












