Dünya bazarlarında taxıl qiymətləri açıqlanıb

media-hightechnic-468x90

Ötən ay dünya bazarlarında 1 ton qarğıdalının qiyməti 214,4 ABŞ dolları olub.

media-banner_tuq

Yenicag.az bu barədə Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin dekabr ayı ilə müqayisədə 5,8% çoxdur.

Ay ərzində 1 ton düyünün qiyməti 478 ABŞ dolları olub ki, bu da ötən aya nisbətən 9,3% azdır.

Yanvar ayında 1 ton buğdanın qiyməti 259,6 ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 0,7 ABŞ dolları çoxdur.

2024-cü il ərzində 1 ton qarğıdalının orta qiyməti 190,6 ABŞ dolları, 1 ton düyünün orta qiyməti 588,4 ABŞ dolları, 1 ton buğdanın orta qiyməti isə 268,7 ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 24,6% az, 6,3% çox və 21,1% azdır./apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05