Dünya brendi Azərbaycanda
Yaponiyanın “Ecocarat” şirkəti artıq iki ildir Azərbaycanda fəaliyyət göstərir, məhsulları isə dünya brendi hesab edilir.
Şirkətin nümayəndəsi Dauro Şimura müsahibəsində geniş iştirakçı və ziyarətçi auditoriyasına malik “BakuBuild-2014” sərgisinin məhsulların təqdimatı baxımından olduqca faydalı olduğunu söylədi. Məlumat verdi ki, şirkətin sərgidə nümayiş etdirdiyi interyer və fasad panelləri məsaməli strukturu sayəsində nəmliyi lazımi səviyyədə saxlayır. Həmçinin pəncərələrdə kondensatın yaranma səviyyəsini azaldır, zərərli maddələri və arzuolunmaz qoxuları aradan götürür. Nəticədə mənzildə normal atmosfer yaranır.
Şirkətin məhsulları Yaponiyada istehsal olunur və Azərbaycandakı distribütör vasitəsilə satılır. “Bu yaxınlarda Bakı şəhərinin mərkəzində bir neçə mağazamız da açılacaq”-deyə D.Şimura bildirdi.