Dünya çempionatı: Taekvondoçularımız mübarizəyə başlayır

media-hightechnic-468x90

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo arasında yeniyetmələrin dünya çempionatında üçüncü yarış günü 3 Azərbaycan idmançısı mübarizə aparacaq.

Yenicag.az xəbər verir ki, bunlar qızlarda Banu Quliyeva (44 kq), oğlanlarda Riad Quliyev (41 kq) və Fuad Məhərrəmlidir (45 kq).

Qeyd edək ki, dünən 33 kq çəki dərəcəsində Mehdi Budaqlı bütün rəqiblərinə qalib gəlməklə Azərbaycan taekvondosunun tarixinə düşüb. O, Azərbaycanın yeniyetmələr arasında ilk dünya çempionu olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600