DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşmədi
Futbol üzrə dünya çempionatında Çexiya – Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşıb.
Yenicag.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən A qrupunun matçında qalib müəyyənləşməyib – 1:1.
Avropalıların heyətində Mixal Sadilek 6-cı dəqiqədə çexiyalı azarkeşləri ayağa qaldırıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 05:00-da Meksika Cənubi Koreya ilə üz-üzə gələcək.













