“Proseslərin gərgin və qarışıq vəziyyətində gələcək gedişatın nədən ibarət olacağını demək çətindir”.
Bunu Yenicag.az-a açıqlamasında son dövrlər aktivlik müşahidə edilən Rusiya-Ukrayna müharibəsinin gələcək gedişatı haqqında fikirlərini söyləyən politoloq Əlabbas Məhərrəmli deyib.
Onun sözlərinə görə, uzunmüddətli müharibənin hazırkı mərhələsində qarşılıqlı ittihamların səsləndirildiyi görülür.
“Rusiyanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı axtarış başlatması prosesi formal sayılır. Çünki rusların nə onu tutmağa imkanı var, nə də marağı.
Əlavə olaraq, Fransanın əgər Kiyev yardım istəyərsə, ordu göndərəcəyi bəyanatı hazırda dünya gündəmini zəbt edib. Nəticə etibarilə bu, faktiki olaraq NATO-nun münaqişəyə birbaşa müdaxiləsi deməkdir. Belə bir hadisənin baş verməsi isə qlobal fəlakətlərə səbəb olmaqla yanaşı münaqişənin final mərhələsi sayıla bilər, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, eyni zamanda, ABŞ-də Ukraynanın məğlubiyyətlə üzləşəcəyi təqdirdə, Vaşinqtonun yalnız pul ilə deyil, ordu ilə Kiyevin köməyinə çatacağını bəyan edib.
“Proseslərin gərgin və qarışıq vəziyyətində gələcək gedişatının nədən ibarət olacağını demək çətindir. Nəticə olaraq, müharibə uzanır, uzanmaqda da davam edəcək”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az