Dünya ulduzu ikinci dəfə ana olacaq
Dünya şöhrətli müğənni Beyons və reper Cey Zi Fransada konsertləri zamanı tamaşaçılara sürpriz ediblər.
Cey Zi ifa etdiyi mahnılardan birinin sözlərini dəyişərək; “Çünki o, ikinci dəfə hamilədir” cümləsini işlədib.
İzləyicilərə bu xəbəri qeyri-adi yolla çatdıran cütlük daha sonra bununla bağlı heç bir rəsmi açıqlama verməyib. Konsertdən sonra Beyons bir neçə dəfə əli qarnında görüntülənib.
Xatırladaq ki, son zamanlar cütlüyün boşanacağı haqda şayiələr gəzirdi. Beyons şəxsi problemlərini ictimailəşdirməyərək bu xəbərləri şərh etmirdi. Aralarındakı məsələni həll edən cütlük son zamanlar olduqca mehriban görünür.
Qeyd edək ki, Beyons və Cey Zinin 3 yaşında Blu Ayvi adlı qızı var.