"Şou-biznesdəkiləri elə bilirlər..." – Fatimə üsyan etdi
“Məndən inciməsinlər, daxili ruhum yerində deyil”.
Yenicag.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “İncəSəhər” verilişində deyib.
Sənətçi sağlıq durumu ilə əlaqədar verilişlərə getmədiyini açıqlayıb:
“Tək mən yox, şou-biznes deyəndə hamı elə bilir biz özümüz üçün yaşayırıq. Rəqs elə bir sənətdir ki, mütləq üzərində məşq etməlisən. Boynuma alım ki, iki-üç ay idi ki, məşq etmirdim. Çünki mənim başım çox qarışıq idi. Allah valideynlərə cansağlığı versin, ölənlərə rəhmət etsin. Şou-biznes deyəndə hamı elə bilir ki, biz təkcə özümüz üçün yaşayırıq. Amma biz 99 faiz ailəmizə, övladlarımıza bağlı insanlarıq. Ona görə də çox şeylərdən uzaqlaşmışdım. Verilişlərə dəvət ediblər, getməmişəm. Məndən inciməsinlər, daxili ruhum yerində deyil. Bu dəqiqə özümə həkim nevropatoloq lazımdır. Çünki gərgin vəziyyətdəyəm. Düşünürəm ki, məndən heç kim inciməyəcək”.
Nehru













