“Dünyada ana ölümləri 50% azalıb”

media-hightechnic-468x90

download (22)1994-cü ildən dünyada uzunömürlülük artıb, ana ölümlərinin sayı 50% azalıb, 1 milyardadək insan səfalətdən çıxa bilib.

Bunu BMT baş katibi Pan Gi Mun BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən deyib.

O qeyd edib ki, son 20 ildə insanların sağlamlığının yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr əldə olunub.

Bununla belə Pan Gi Mun dünyada hər gün 800-dək qadının hamiləlik nəticəsində və doğuş zamanı öldüyünü unutmamağa çağırıb. Onun sözlərinə görə, hər il inkişafda olan ölkələrdə 8,7 mln. gənc qızlar abort edirlər.

BMT hesabatlarına əsasən, 1994-cü ildə Qahirədə keçirilmiş beynəlxalq konfransdan bəri yeni doğulan uşaqların sayında azalma müşahidə olunub. 2011-ci ilin sonunda dünya əhalisinin sayı 7 milyardı keçib. Ekspertlərin fikrincə, 2030-cu ildə dünya əhalisinin sayı 8,4 milyarda çatacaq.

Avropa, Asiya və Cənubi Amerika ölkələrindən fərqli olaraq Afrika ölkələrində və bəzi Asiya dövlətlərində gənc insanların sayının artmasında rekord göstəricilər qeydə alınıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa