Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Dünyada ən çox nifrət olunan idmançılar – İlk üçlükdə kimlər var?

Reklam: Sinerji Pro

İdman həvəskarlarının əsəbləri ilə oynayan tanınmış atletlərin reytinqi tərtib olunub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, dünyada ən çox nifrət olunan idmançıların siyahısına NBA-da çıxış edən “Los-Anceles Leykers” komandasının basketbolçusu Lebron Ceyms başçılıq edir.

Məlumata görə, son 12 ayda sosial şəbəkələrdə Ceymsin ünvanına 122 min söyüş və başqa təhqiredici ifadələr işlədilib.

2-ci yerdə İngiltərə yığmasının və “Mançester Yunayted”in futbolçusu Markus Reşford qərarlaşıb. O, sosial şəbəkələrdə 32 min dəfə söyülüb.

Siyahıda ilk üçlüyü amerikan futbolu ustası İom Bredi tamamlayır. Bredi 28 min dəfə təhqirə məruz qalıb.

İdmançıların arzuolunmaz reytinqində 4-cü pilləni basketbolçu Kevin Dyurant (24 min dəfə), 5-ci pilləni isə avtopilot Bubba Uolles (21 min dəfə) tutub.

Dünyanın ən məşhur futbolçularından biri olan portuqaliyalı Kriştianu Ronaldu (“Yuventus”) 11 min dəfə təhqir olunaraq, 7-ci pillədə qərarlaşıb.

Araz Zeynalov

www.yenicag.az

347
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100