Dünyada koronavirusa yoluxanların sayı 38 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 38 milyon nəfəri ötüb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 38 002 699 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1083 234 nəfəri vəfat edib.