!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada qaçqın və məcburi köçkünlərin sayı 70 milyonu ötdü

!Reklam – Yazi

2018-ci ildə öz evlərini tərk edən insanların sayı 2,3 milyon artaraq 70 milyon nəfəri keçib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat BMT Ali komissarının qaçqınların İşi üzrə İdarəsinin Cenevrədə dərc edilən “Qlobal tendensiya” adlı illik məruzəsində yer alıb.

“Məcburi köçkün düşmüş əhalinin sayı 2018-ci ildə 2,3 milyon nəfər artıb. Hazırda bütün dünyada təqiblər, münaqişələr, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən qaçan insanların sayı 70,8 milyon nəfərə çatıb”, – deyə məruzənin müəllifləri burada “rekord yüksək” rəqəmlərdən söhbət getdiyini bildiriblər.

Ötən ilin sonlarında dünyada 25,9 milyon qaçqın, 41,3 milyon məcburi köçkün və 3,5 milyon sığınacaq almaq istəyən insan qeydə alınıb. Bütün qaçqınların təxminən 65 faizi Suriya (6,7 milyon nəfər), Əfqanıstan (2,7 milyon nəfər), Cənubi Sudan (2,3 milyon nəfər) və Somali (0,9 milyon nəfər) vətəndaşlarıdır.

Qaçqınları qəbul edən ölkələr arasında isə ilk yeri Türkiyə (3,7 milyon nəfər) tutur. Onun ardınca Pakistan (1,4 milyon nəfər), Uqanda (1,2 milyon nəfər), Sudan (1,1 milyon nəfər) və Almaniya (1,1 milyon nəfər) gəlir.

Məruzəyə əsasən, son 10 ildə məcburi köçkünlərin sayı 27,3 milyon nəfər artıb. Bunun əsas səbəblərdən biri Suriyada münaqişənin başlamasıdır. Həmçinin İraq, Yəmən, Konqo Demokratik Respublikası, Cənubi Sudanda münaqışələr və rohinca müsəlmanlarının kütləvi şəkildə Myanmadan Banqladeşə qaçması da məcburi köçkünlərin sayının artmasına təsir göstərib. 2018-ci ildə bu göstərici əsasən 1,5 milyon nəfərin məcburi köçkün vəziyyətinə düşdüyü Efiopiyanın, həmçinin Suriya və Venesuelanın hesabına artıb. Məcburi köçkünlər ən çox suriyalılar arasında müşahidə edilir – 13 milyon nəfər.

www.yenicag.az

3097
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv