Dünyanın ən böyük səhm satışı həyata keçiriləcək

media-hightechnic-468x90

загруженное (2)Dünyada ən böyük səhmlərin ilkin kütləvi satışı bu həftə reallaşır. Çinin e-ticarət nəhəngi “Alibaba.com”un 20 milyard dolları aşması gözlənilən İPO-su sentyabrın 18-də həyata keçiriləcək.

“Alibaba Group”un ABŞ tarixinin ən böyük ilkin kütləvi yerləşdirilməsi üçün Nyu-York birjasını seçdiyi və “BABA” simvolu ilə icra olunacağı məlumdur. Bir səhmin hədəf qiyməti 60-66 dollar təyin olunub. Çinin elektron ticarət bazarının 80 faizini əlində tutan “Alibaba”nın İPO-dan 20 milyard dollardan çox gəlir əldə etməsi gözlənilir. Bu vəziyyətdə “Alibaba” 2012-ci ildə 16 milyard dollar gətirən “Facebook”un İPO-sunu geridə qoya bilər.

Çinin e-ticarət nəhəngi iyunun 30-dək keçən 12 ayda 296 milyard dollarlıq satış həcminə nail olub.  (azeretag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600