!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən çirkli havası olan şəhərin adı MƏLUM OLDU

!Reklam – Yazi

Dünyanın ən çirkli havası olan şəhərin adı açıqlanıb.

Yenicag.az MIR 24-ə istinadla xəbər verir ki, havası ən çirkli şəhərlərin reytinqinə Vyetnamın Hanoyu başçılıq edir.

Qeyd edək ki, çirklənmə göstəricisi 50-dən çox olmadıqda hava təmiz sayılır

Hanoyda isə çirklənmə səviyyəsi 186 bala çatıb.

Reytinqdə ikinci yeri İranın paytaxtı Tehran tutub. İlk üçlüyü Çinin Çendu şəhəri qapayıb.

Bir gün əvvəl Hanoyda qatı duman hökm sürüb. Duman soyuq və rütubətli hava səbəbindən yaranıb.

Yol tozları, işlənmiş qazlar və digər çirkləndiricilər yerin səthində qalır və daha yüksəklərə qalxa bilmir.

Rəsmi məlumatlara görə, Hanoyda səkkiz milyon avtomobil qeydiyyatdan keçib.
Vyetnam paytaxtında havanı çirkləndirən tullantıların üçdə birini onlar təşkil edir.
Sənaye müəssisələri də ətraf mühitə eyni dərəcədə ziyan vurur.

Fevral ayında şəhər səhiyyə işçiləri sakinlərə maska taxmağı və açıq hava fəaliyyətini məhdudlaşdırmağı tövsiyə edib.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv