Dünyanın ən qəribə həbsxanası hansıdır?
El-Salvadorda yerləşən, ilk görüşdə düşərgəyə bənzəyən həbsxananın tükürpərdici şəkilləri yayılıb.
Fotoqraf Giles Clarke bu günə qədər heç kimin görmədiyi həbsxana sisteminin görüntülərini yayımlayıb. Fotoqrafın fikrincə, nə cür cinayət törətməklərindən asılı olmayaraq onların hər biri insani rəftar görməlidirlər.
Ancaq onlar şəbəkə üzvü olduqları üçün demək olar ki, “toplama düşərgəsi” tipində həyat yaşayırlar. Bu həbsxanada məhkumlar yerdə bir-birinin üstündə yatırlar.
Qaldıqları qəfəsdə təmizlik demək olar ki, sıfır dərəcəsindədir.