Dünyanın ən təhlükəsiz ölkələri - Azərbaycan sırada neçəncidir?

media-hightechnic-468x90

İqtisadiyyat və Sülh İnstitutu 163 müstəqil dövlət və ərazini sülh səviyyəsinə görə sıralayan Dünya Sülh İndeksi adlı hesabat dərc edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Hesabata görə, dünyanın ən təhlükəsiz ölkəsi İslandiyadır. Ən təhlükəsiz ölkələr arasında İslandiyadan sonra 2-ci, 3-cü və 4-cü yerlərdə Danimarka, İrlandiya və Yeni Zelandiya gəlir.

Qeyd edək ki, ABŞ bu siyahıda 131-ci yerdədir. Artıq səkkizinci ildir ki, dünyanın ən təhlükəli ölkəsi 163-cü yeri tutan Əfqanıstandır.

Hesabat müəllifləri iddia edirlər ki, Ukraynadakı müharibə qlobal sülhə əhəmiyyətli təsir göstərib – Ukrayna 157-ci, Rusiya isə 158-ci yerdə qərarlaşıb.

Maraqlıdır ki, Ermənistan 66-cı yerdə Cənubi Qafqaz regionunda ən təhlükəsiz ölkə kimi göstərilib. Hesabata görə, qonşu Gürcüstan 94-cü, Azərbaycan isə 95-ci yerdə qərarlaşıb. Türkiyə və İran 147-ci yeri bölüşürlər./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05