Dünyanın ən yaxşı qapıçısı bəlli oldu

media-hightechnic-468x90

rn0z7zjkpoa“Bavariya”nın qapıçısı Manuel Noyer 2016-cı ilin ən yaxşı qapıçısı seçilib.

Yeniçağ.Az-ın “Apasport.az”-a istinadən məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi alman “çərçivə qoruyucusu” olub.

Qurumun internet saytında aparılan və 56 ölkədən jurnalistlərin və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda 156 xal toplayan Noyer ardıcıl dördüncü dəfə hər kəsdən üstün olub.

Daha əvvəl ardıcıl 4 dəfə mükafat qazanmış italiyalı əfsanə Canluici Buffon isə bu dəfə ikinciliklə kifayətlənib. Cici 91 xal toplayıb.

Portuqaliya milli komandasının və “Sportinq”in qapıçısı Rui Patrisio isə 50 xalla ilk üçlüyü tamamlayan futbolçu olub.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600