!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın hərbi xərcləri - Azərbaycan nə qədər ayırır?

!Reklam – Yazi

2019-cu ildə dünya ölkələrinin ümumi hərbi xərcləri 2018-ci illə müqayisədə 3,6% artaraq, 1,9 trilyon dollara çatıb.

Yenicag.az xəbər verir ki, bu məlumatı Stokholm Sülh Problemlərinin Tədqiqatı Beynəlxalq İnstitutu (SİPRİ) yayıb. Məlumata görə, Rusiyanın hərbi xərcləri 65,1 milyard dollara çatıb və bununla Moskva yenidən hərbi xərclərin həcminə görə ilk beşliyə (dördüncü yerə yüksəlib) qayıdıb.

SİPRİ Rusiyanın hərbi xərclərinin ümumdaxili məhsulun 3,9%-ni təşkil etdiyini bildirib.

Təşkilat hərbi hərbi xərclərin həcminə görə ilk beşlikdə həmçinin ABŞ, Çin, Hindistan və Səudiyyə Ərəbistanının qərarlaşdığını bildirib.

Belə ki, ABŞ-ın hərbi xərclərinin 5,3%, Çinin 5,1%, Hindistanın 6,8%, Rusiyanın 4,5%, Səudiyyə Ərəbistanının 16% artdığı qeyd edilib. Bu beş ölkənin payına dünyanın hərbi xərclərinin 62%-nin və 1,191 trilyon dolların düşdüyü vurğulanıb.

NATO-nun ümumilikdə hərbi xərcləri isə 1,035 trilyon təşkil edib ki, bunun da 732 milyard dolları ABŞ-ın payına düşür.

Dünya miqyasında göstəricilərə gəlincə isə dünyanın hərbi xərclərinin 38%-nin ABŞ-a, 14%-nin isə Çinə aid olduğu bildirilib. Cənubi Amerikada hərbi xərclər 52,8 milyard təşkil edib. Bu xərclərin 51%-i Braziliyanın payına düşüb. Ümumilikdə regionun hərbi xərclərində demək olar ki, heç bir dəyişiklik qeydə alınmayıb.

Afrikada hərbi xərclər son beş ildə ilk dəfə 1,5% artaraq 41,2 milyard dollara yüksəlib.

Azərbaycanın digər iki nəhəng qonşusu Türkiyə və İran isə siyahıda müvafiq olaraq 16-cı və 20-ci yerlərdə qərarlaşıblar. Türkiyənin hərbi xərcləri 20,4 milyard, İranın hərbi xərcləri isə 12,6 milyard dollar təşkil edib.

İranın hərbi xərcləri son iki ildə 15%, son 10 ildə isə 36% azalıb. Türkiyənin isə hərbi xərcləri son 10 ildə 86% artıb.

Azərbaycanın hərbi büdcəsinin ÜDM-in 4%-i qədər olduğu bildirilib./Axar/

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv