DYP dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

media-hightechnic-468x90

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dumanlı havanın yollarda yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib.

İdarədən Yenicag.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, ələlxüsus onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600