DYP mövcud hava şəraiti ilə bağlı müraciət etdi

media-hightechnic-468x90

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə Yenicag.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür.

“Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur”.

DYP əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600