Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DYP-nin saxladığı avtomobildə narkotik aşkarlandı - FOTO

Bakıda avtomobildən narkotik götürülüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 11-i saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılmıb.

Yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyən edilib. Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman polis əməkdaşları tərəfindən avtomobilin salonunda ağ rəngli kristallarla dolu büküm aşkar edilib. Bu zaman sürücü avtomobildən düşüb qaçmağa cəhd göstərib. Polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılaraq Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə təhvil verilib.

Avtomobilə baxış zamanı oradan əlavə 2 kq 410 qram metamfetamin və marixuanaya bənzər maddə aşkar edilərək götürülüb.

www.yenicag.az

127