DYP qərarını geri oxudu – Nişan yenidən dəyişdirildi / YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Paytaxtın Niyazi küçəsində hərəkətin təşkilində dəyişikilik edilib. 

Yenicag.az xəbər verir ki, sözügedən küçədə sağa məcburi hərəkət istiqaməti nişanı dekabrın 5-i yenidən dəyişdirilərək həm sağa, həm də sola dönməyə icazə verildi.

***
Bakıda İstiqaliyyət və Niyazi küçəsinin kəsişməsində hərəkəti tənzimləyən yeni yol nişanı quraşdırılıb.

Yenicag.az xəbər verir ki, “Azneft” dairəsindən Filarmoniya istiqamətinə qalxarkən sola dönmək ləğv edilib.

Yolda yalnız sağa hərəkət mümkündür.