DYP reyd keçirdi – 30-dan çox sürücü cərimələndi – Yenicag.Az

Reklam

Reklam

Dövlət Yol Polisinin (DYP) əməkdaşları Ağdam rayonunda reyd keçiriblər.

Yenicag.az-ın verdiyi məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd minik avtomobilləri və kənd təsərrüfatı texnikalarını idarə edən sürücülərə qarşı təşkil olunub.

Rayonun müxtəlif ərazilərində keçirilən reydə Post Paturul Xidmətinin (PPX) əməkdaşları da cəlb ediliblər. Reydin məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək, qayda pozan sürücüləri aşkar etmək, eləcə də sutkanın qaranlıq vaxtında kənd təsərrüfatı texnikalarının magistral yola çıxmasının qarşısını almaq və sürücülərlə maarifləndirici söhbətlər etmək olub.

Agdam RPŞ-nın DYP Bölməsinin rəisi Vasif Məmmədovun “Report”un yerli bürosuna verdiyi məlumata görə, reyd zamanı dövlət qeydiyyat nişanı olmayan, yükdaşıma qaydalarını pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib: “Həmçinin nəqliyyat vasitələrinin sürət həddini aşma, işiqforun qırmızı işığına məhəl qoymayan, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkarlanıb. Reyd zamanı 30-dan çox sürücü barəsində inzibati protokol tərtib edilib”.

Reyd zaman qaranlıq vaxtlarda traktorla yola çıxan sürücülərə də rast gəlinib və həmin sürücülərin digər nəqliyyat vasitələrinə təhlükə yaratmasının qarşısını almaq məqsədi ilə texnikalar YPX əməkdaşlarının müşayiəti ilə gedəcəyi ünvana çatdırılıb.

Qeyd edək ki, rayonda bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək./Report/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3376
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."