“Dubaya getmədik deyə boşanırlar!” - Rüfətdən SƏRT SÖZLƏR
“Bir çox ailələrin boşanmasının səbəbi sosial şəbəkələrlə bağlıdır.Baxır sosial şəbəkəyə ki, filankəsin ailəsi Dubaya gəzməyə gedib. Yaxud da bibimqızının ailəsi gəzməyə gedib, biz niyə getmirik? “
Yenicag.az xəbər verir ki, tanınmış meyxana ifaçısı Rüfət Nasosnu “İncə səhər” verilişində çıxışı zamanı sosial şəbəkələrin ailələrə təsirindən danışıb.
Sənətçi bildirib ki, bir çox ailə münaqişələrinin və boşanmaların səbəblərindən biri də məhz sosial şəbəkələrdir:
“İnsanlar bir-birilə tanış olanda heç vaxt pis xüsusiyyətlərini demirlər. Demir ki, ‘mən içəndə evdə dava salıram’, ya da ‘anam gəlinə qarşı çıxır’. Hər kəs mehriban görünür, yalnız yaxşı tərəflərini göstərir. Sonra ailə qururlar və hər şey tərsinə çıxır. Bir müddət keçəndən sonra anlaşılmazlıqlar yaranır və nəticədə boşanma baş verir.”
Rüfət həmçinin qeyd edib ki, sosial mediada başqalarının həyatına baxıb öz ailələrində narazılıqlar yaranır:
“Baxır sosial şəbəkəyə ki, filankəsin ailəsi Dubaya gedib. Ya da bibimqızının ailəsi gəzməyə gedib. Deyir, biz niyə getmirik? Evdə başlayır söz-söhbət, gərginlik və nəticədə ailədaxili münaqişə.”
Nehru