Ebolaya qarşı xüsusi plan hazırlanıb

media-hightechnic-468x90

70956Ebola virusunun yayılmasının qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında xüsusi plan açıqlanacaq.

BMT baş katibi Pan Gi Mun bildirib ki, Qərbi Afrikada ebola virusu ilə mübarizə səylərinə birbaşa rəhbərlik edir.

Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan Təhlükəsizlik Şurasının iclasında BMT-nin xüsusi planını açıqlayacaq.

Qeyd edək ki, Təhlükəsizlik Şurası xəstəliyin təsirinə məruz qalmış ölkələrə yardım, səhra xəstəxanaları və humanitar yardım işçilərinin çatdırılması və bu ölkələrə səfərlərlə bağlı qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan ABŞ-ın hazırladığı qətnamə üzrə səsvermə keçirməlidir.

ABŞ prezidenti Barak Obama səhiyyə xidmətlərinə dəstək vermək məqsədi ilə təxminən 2500 virus daşıyıcısının öldüyü Qərbi Afrikaya minlərlə ABŞ əsgəri göndərildiyini elan edib.

Əsgərlər Monrovia və Liberiyada yerləşdiriləcək, tibb işçilərinə təlim keçəcək, təchizatın çatdırılması səylərini koordinasiya edəcək və yeni müalicə obyektlərin tikintisində iştirak edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600