Azərbaycan Respublikasının II prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar müraciət yayımlanıb.
Yenicag.az xəbər verir ki, Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına ünvanlanmış müraciətdə 2018-ci ilin ictimai-siyasi baxımdan olduqca əlamətdar keçəcəyi bildirilib. “Cümhuriyyət ili” elan olunan 2018-ci il həm də mərhum prezident Əbülfəz Elçibəyin də 80 illik yubileyinə təsadüf edir. Bir qrup ziyalıdan təşkil olunan Təşəbbüs Qrupu dövlət qurumlarına, KİV-lərə və elçibəysevər qüvvələrə üz tutaraq, hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edib.
Mövzu ilə bağlı müvafiq təkliflərinizi +99470-355-08-07 nömrəli telefonla əlaqə saxlayaraq, Təşəbbüs Qrupuna çatdıra bilərsiniz.
Qeyd edək ki, Təşəbbüs Qrupu Ədalət Tahirzadə, Mircəlal Yusifli, Abbas Musayev, Novella Cəfəroğlu, Mehriban Vəzir, Almaz Əliqızı, Oqtay Məmmədov və İsfəndiyar İsgəndərovun iştirakı ilə təşkil olunub.
www.yenicag.az